Accessibility links

BMT-nin baş qərargahı qarşısında toplaşan bir qrup insan Amerika prezidentinin Baş Assambleyada iştirakına etirazlarını bildirib.


BMT-nin Nyu Yorkdakı baş qərargahı qarşısında toplaşan bir qrup insan Amerika prezidenti Corc Buşun BMT-nin Baş Assambleyasının 61-ci sessiyasındakı iştirakına etirazlarını bildirib. Dini liderlər, tələbələr, hərbiçi ailələrinin və Buşun cinayətləri komissiyasının üzvləri prezidentin əleyhinə “Buş cinayətkardır. Buş həbs edilməlidir" kimi şüarlar sələndirmişlər.

Etiraz aksiyasının iştiakçıları Nyu York şəhərinin polis işçiləri tərəfindən bina qarşısından uzaqlaşdırılmışdı.Etirazçıların əsas tələbi İraq müharibəsinə son qoyulması idi. Buş administarsiyasının xarici siyasətinə etirazlar bununla bitməyib. Belə ki, sabiq Amerika əsgərləri də daxil edilməklə minlərlə insan BMT-nin binası qarşısında Amerika əsgərlərinin İraqdan çıxarılmasını tələb ediblər.

XS
SM
MD
LG