İran Beynəlxalq Valyuta Fondu ilə birgə ABŞ Xəzinədarlıq Departamentinə qarşı iddia qaldırdığını deyib. İddiaya səbəb ABŞ Xəzinədarlıq Departamentinin İranın aparıcı Sədarət bankına qarşı tətbiq etdiyi sanksiyalardır.
İran dövlət televiziyası İran Milli Bankının rəhbəri Ebrahim Şeybanidən sitat gətirərək, İranın ABŞ-ın sanksiyaları ilə bağlı məhkəmə işi başladığını xəbər verib.
ABŞ Sədarət bankı vasitəsilə Hizbullah və Həmasın maliyələşdirilidiyini iddia edərək sanksiyalar tətbiq etmişdi. Şeybani isə sanksiyaların siyasi motivlərlə edildiyini və Birləşmiş Ştatların iddiaları ilə bağlı heç bir sübut təqdim etmədiyini bildirib.
Sanksiyalar tətbiq ediləndən ABŞ Xəzinədarlıq Departamenti Amerika banklarından həmin bankla əməliyatları dayandırmağı tələb edib.