Accessibility links

Qaçaq məhbus Əfqanıstanda öldürülüb


Əl Qaidənin liderlərindən biri olmaqda şübhəli bilinən, Əfqanıstandakı ABŞ həbsxanasından keçən il qaçmağa müvəffəq olmuş şəxsin İraqda öldürüldüyü bildirilib.

İraqdakı Britaniya əsgərləri Ömər Əl Faruqu bu gün reyd zamanı öldürdüklərini deyiblər.

Küveytli Əl Faruqa qarşı Əl Qaidənin Cənub-Şərqi Asiya şəbəkəsinə başçılıq etmək ittihamı irəli sürülmüşdü.

ƏL Faruq 2005-ci ilin iyulunda Bəqram hava qüvvələri bazasındakı ABŞ həbsxanasından 3 başqa məhbusla birgə qaçmağa müvəffəq olmuşdu.

XS
SM
MD
LG