Dünən axşam Ağdam rayonunun Əhmədağalı kəndi yaxınlığında Azərbaycan ordusunun 7 əsgəri minaya düşüb. Sarıcalı xəstəxanasına aparılan əsgərlərin vəziyyətinin ağır olduğu deyilir. Əsgərlərin ərazidə təmilzəmə işləri keçirdiyi və mina-axtaran olduqları xəbər verilir.
Azərbaycan respublikasının Müdaifə Nazirliyi Amerikanın Səsinin sualının cavabında məlumatı təsdiqləməyərək, bir nəfərin xəsarət aldığını bildirib.