Accessibility links

Terrorizmdə günahlandırılanlar ABŞ-da mühakimə ediləcək


Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası Buş administrasiyasına terrorizmdə şübhələnilənlərin dindirilməsi və mühakiməsinə yol açan qanun layihəsini təsdiq edib. 253 leyhinə 168 əleyhinə səslə qəbul edilən və prezidentin anti-terror planının məğzini təşkil edən bu qanun onun seçkiqabağı qələbəsinə doğru daha bir addımdır. Nümayəndələr Palatasının təsdiqi Ağ Ev və respublikaçı senatorların iki həftəyə yaxın davam edən mübahisələrdən sonra həyata keçirilib. Belə ki, mübahisələr prezidentə hədsiz səlahiyyət verilməsi ətrafında aparılırdı. Prezident Buş Senatı qanunun təsdiqinə çağırıb, Nümayəndələr Palatasına isə ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi öhdəliklərinə sadiq qaldığı üçün minnətdarlığını bildirib.

XS
SM
MD
LG