Accessibility links

K.Rays Sudan hökumətini sülhməramlı qüvvələri qəbul etməyə cağırır


ABŞ-ın dövlət katibi Kondolizza Rays Sudanın Darfur regionunda təcili atəşkəsə və Xartum hökumətini şətrsiz olaraq BMT-nin sülhməramlı qüvvələrinin qəbul etməyə çağırıb. Afrika Cəmiyyətinin Milli sammitində çıxış edən dövlət katibi Sudan hökumətinin Amerika ilə əməkdaşlıq və ya qarşıdurma kimi seçim qarşısında olduğunu bildirib. Kondolizza Rays deyib ki, ABŞ prezidenti Sudan prezidenti Ömər Bəşirə ünvanladığı məktubda Amerikanın Sudanla əlaqələrinin bütün aspektlərinin nəzərdən keçirilməsinə razı oldğunu bildirib. Xatrıqladaq ki, Amerika hökumətinin Sudanda cərəyan edən zorakılqıları genosid kimi qiymətləndirməsindən iki il keçsə də, Sudan hökumətinin kütləvi qırğın siyasəti son iki həftə ərzində vüsət almışdır.

XS
SM
MD
LG