Accessibility links

İranın prezidenti  ölkəsinin  nüvə  proqramını  dayandırması  çağırışlarını  bir daha  rədd edib


İranın prezidenti Mahmud Əhmədinəcad ölkəsinin nüvə proqramının dayandırılması çağırışlarını bir daha rədd edərək söyləyib ki, Qərb dövlətləri belə bir addımdan təbliğat məqsədilə istifadə edə bilərlər. O Tehranda tələbələr qarşısında etdiyi çıxışında söyləyib ki, uran zənginləşdirilməsinin dayandırılmasını Qərb iranın təslim olması kimi qələmə verə bilər. O, İranın nüvə proqramına malik olma hüququnu müdafiyə etmək əzmində olduğunu söyləyib. İran nüvə proqramının dinc məqsədlə həyata keçirildiyini irəli sürsə də Qərb ölkələri onun məqsədinin nüvə silahları əldə etmək olduğunu deyirlər. Bundan bir neçə gün əvvəl Avropa Birliyinin xarici siyasət nümayəndəsi İranın nüvə nümayəndəsi ilə məsələni müzakirə edib. ABŞ-ın dövlət katibi Kandaliza Rays üzümüzə gələn günlərdə qabaqcıl ölkələrin xarici işlər nazirləriylə həmin görüşün nəticələri barədə müşavirələr keçirəcək. Müşavirələrdə Fransa, Britaniya, Rusiya, Çin və Almaniya da iştirak edəcək.



XS
SM
MD
LG