Accessibility links

Iraq rəsmisi Əl Qaida militantının həbs ediləcəyini bəyan edib


Yüksək rütbəli İraq rəsmisi deyir ki, təhlükəsizlik qüvvələri Əl Qaidanın İraqdakı rəhbəri Əbu Əyyub əl Məsirini yaxın günlərdə ya öldürəcək, ya da həbs edəcəklər. İraqın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Muvaffaq əl Rübaye bu sözləri mətbuat konfrasında bildirib. Həmin mətbuat konfransında əl-Məsrinin qiyamçılara bomba düzəltməyi öyərtdiyini göstərən videolent nümayiş etdirlib. Bu arada Bağdadda, ötən həftəsonu tətbiq edilən 24 ssatlıq kommendant saatının ardınca həyat normal ritminə qayıtmağa başlayıb.
XS
SM
MD
LG