Accessibility links

İran yeni təklif irəli sürüb


İranın Atom Enerjisi Agentliyinin direktor müavini Məhəmməd Səidi Qərblə nüvə münaqişəsinin həlli məqsədi iləFransanın uran zənginləndirilməsi konsorsiumu ilə əməkdaşlığını təklif edib. Təklif bu gün onun Fransa radiosuna verdiyi müsahibəsi zamanı səslənib. Cənab Səidi deyib ki, Fransanın nüvə təsisatları İran konsorsiumu ilə partnyorluq edə bilər. Frasnsa rəsmiləri təklifi qəbul etməyərək, beynəlxlaq ictimaiyyətin İranın nüvə fəaliyyətlərinin dayandırılması ilə bağlı çağırışını təkrar edib. Avropa Birlyiinin xarici siayət şöbəsinin rəhbəri Haviyer Solana təklifi maraqlı adlandıraraq, onun nəzərdən keçirilməli olduğunu deyib. Bütün bunlarla yanaşı Rusiyanın Təhlükəslzik Şurasının rəhbəri İqor İvanov bu gün Tehranda nüvə müzakirəçisi Əli Laricani ilə görüş keçirib.

XS
SM
MD
LG