ABŞ dövlət katibi Kondolizza Rays Fələstinin rəqib qruplarını keçən bazar günündən etibarən başlayan və 10 adamın ölümü ilə nəticələnən döyüşlərin dərhal dayandırılmasına çağırıb. Kondolizza Rays çağırışı bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində edib. O deyib ki, Qəzzə zolağı və İordan çayının qərb sahilindəki toqquşmalarda gühansız fələstinlilər həlak olub. Xanın Rays dünən axşam Səudiyyə kralı Abdula ilə görüşüb. O, kral ilə görüşdən əvvəl müxbirlərə demişdi ki, krallığın İraqda sabitliyin bərqərar edilməsi üçün Bağdada siyasi və maliyyə yardımı göstərəcəyinə ümid bəsləyir. Ciddə şəhəri xanım Raysın Yaxın Şərq səfərinin ilk dayanacağıdır. Səfərin məqsədi Fələstin-İsrail sülh prossesinin canlandırılmasıdır. Hazırda Qahirədə olan Kondolizza Rays Misir, İordaniya və Körfəz Əməkdaşlıq Şurasına daxil olan 6 ölkənin xarici işlər nazirləri, həmçinin prezident Hüsni Mübarək ilə görüşüb. ABŞ dövlət katibi həftə sonu Fələstin Prezidenti Mahmud Abbas və İsrailin baş naziri Ehud Olmertlə ayrı-ayrı görüşlər keçirəcək.