Accessibility links

Iran uran zənginləşdirməsini dayandırmaqdan qətiyyətlə imtina edir


Dünyanın aparıcı dövlətləri Terhana qarşı sanksiyaları müzakirə etmək barədə razılığıa gəldikdən sonra İran uran zənginləşdirməsini dayandırmağı yenidən rədd edib. Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni bu gün bildirib ki, uran zənginləşdirməsini dayandırmaq tamamilə qəbuledilməzdir. O, həmçinin bildirb ki, İran məsələni sanksiyalar yox, danışıqlar yolu ilə həll edilməsinə tərfdardır. Qeyd edək ki, Cümə günü BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya İrana qarşı qeyri-hərbi sanksiyaların müzakirə edilməsinə qərar veriblər.
XS
SM
MD
LG