Accessibility links

C.Strou: "Müsəlman qadınlar başlarını açmalıdır"


Böyük Britaniyanın baş naziri Toni Bleyr ictimai yerlədə müsəlman qadınların başlarını örtməsi ilə bağlı məsələni qaldıran sabiq xarici işlər nazirini dəstəklədiyini bildirib. Bu gün BBC-yə müsahibə verən cənab Bleyr deyib ki, Cek Strou belə bir mühüm məsələni həssas və ölçülmüş yolla qaldırıb. Bunu baş nazir müxtəlif mədəniyyətlərdən olan insanların inteqrasiyasına nail olunması kimi izah edib. Xatırladaq ki, keçən həftə Çek Strou demişdi ki, qadınlar üzlərini açmalıdır. Nümayəndələr Palatasının hazırkı lideri Cek Strou deyib ki, bu, ictimaiyyətdə parçalanmaya yol açır, ünsiyyətə mane olur.

XS
SM
MD
LG