Accessibility links

Buş Pxenyanın beynəlxalq böhrana səbəb olduğunu deyir


Prezident Buş Şimali Koreyanın nüvə sınağı keçirəcəyini élan etməsi ilə beynəlxalq böhrana səbəb olduğunu deyib. Bu gün ənənəvi radio müraciəti zamanı cənab Buş Pxenyanın Sentyabr ayında nüvə proqramını dayandırması barədə razılığa imza atdığını xatırladıb.

O bildirib ki, beynəlxalq öhdəliklərinə xilaf çıxan bir ölkə olan Şimali Koreya öz xalqını daha yaxşı həyatdan məhrum edir. Prezident bildirib ki, Amerikanın məqsədi Çimal Şərqi Asiya və nüvədən azad Koreya yarımadasında regional sülh və təhlükəsizliyin qorumaqdır.

Buş Şimali Koreya məsələsini daha öncədən nəzərə almadığına görə demokratların tənqidinə məruz qalıb. Onlar deyib ki, Buşun Pxenyan siyasəti İraq müharibəsinin güdazına gedib.

XS
SM
MD
LG