Accessibility links

İndoneziyada quş qripindən ölənlərin sayı artır


İndoneziyanın səhiyyə rəsmiləri daha bir adamın H5N1 quş qripi virusundan öldüyünü xəbər veriblər. Bu, ölkədə quş qripindən ölənlərin ümumi sayını 53-ə çatdırıb. Səhiyyə rəsmilərinin dediyinə görə, 11 yaşlı oğlan dünən gecə Cakarta xətstəxanasında dünyasını dəyişib.

Dünyada quş qripindən ölənlərin əksəriyyəti İndoneziyanın payına düşür. Son üç il ərzində bütün dünya boyu quş qripi 148 adamın həyatına son qoyub. Əksər qurbanlar virusa ölü və ya xəstə quşlarla təmasdan yoluxurlar.

XS
SM
MD
LG