Accessibility links

Cənubi Koreya Şimali Koreya ilə iqtisadi əlaqələrini davam etdirəcəyini deyir


Cənubi Koreya bildirib ki, BMT Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edənədək iki ölkə arasındakı iqtisadi əlaqələr davam etdiriləcək. Cənubi Koreya prezidenti Roh Mu Hyunun administrasiyası BMT-nin Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyalara riayət edəcəyini bildirib. Lakin rəsmilər bildiriblər ki, bu qərarın iki ölkə Cənubi və Şimali Koreyalar arasındakı əsas layuhələrə təsiri olmayacaq. Qeyd edək ki, Seul Şimali Koreyanın Kumqanq daglıq turist zonasına və sənaye şəhəri Kaisonqa milyardlarla dollar xərcləyib.

Xarici işlər nazirliyinin rəsmiləri BMT-nin tətbiq edəcəyi sanksiyaların beç birinin bu iki hədəfə təsir etməyəcəyini deyirlər. Beynəlxalq Böhran İnstitutunun Asiya üzrə koordinatoru Piter Bek Seulun Şimali Koreya ilə bağlı siyasətini müdafiə etməyə çalışırdığını deyib.

Müxalif siyasətçilər Kaisonqu və Kumqanq layihələrinin dayandırılmasına çağırıb. Belə ki, onlar bu yolla yüz milyonlarla dollar vəsaitin nüvə silahları əldə etməyə çalışan Şimali Koreyanın əlinə keçdiyini deyirlər.

Birləşmiş Ştatların dövlət katibi Kondaliza Rays sanksiyaların tətbiqi barədə Şimali Koreyanın qonsuları ilə müzakirələr məqsədi ilə bu həftə Asiyaya səfər edəcək. Bu gün Birləşmiş Ştatların Şimali Koreya üzrə nümayəndəsi Kristofer Hill məsələ ilə əlaqədar Tokiyoya gedib. Onun cari həftənin sonu Cənubi Koreya rəsmiləri ilə Seulda görüşü gözlənilir.

XS
SM
MD
LG