Accessibility links

ABŞ və Yaponiya Şimali Koreyaya qarşı sanksiyaların tez bir zamanda tətbiqinə çağırır


Birləşmiş Ştatların Dövlət Katibi Kondoliza Rays BMT-nin keçən həftə yeraltı nüvə sınağı keçirdiyinə görə Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların tez bir zamanda tətbiq edilməsinə çağırıb. O bu məsələni Tokioda yaponiyalı həmkarı ilə müzakirə edib. Dövlət Katibi Kondoliza Rays Yaponiyanın xarici işlər naziri Taro Aso ilə görüşdükdən sonra müxbirlərə deyib ki, onlar BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarının tez və səmərəli bir şəkildə yerinə yetirilməsi üçün birlikdə fəaliyyət göstərəcəklər. Sanksiyalar Şimali Koreaya ilə ticarət əlaqələrini qadağan edir. Yaponiyanın siyasi müxalifəti ölkənin müdafiə qüvvələrinin Şimali Koreyanın qadağan edilmiş malları daşıdığından şübhələnilən gəmilərinin təftişində Amerika hərbi qüvvələrinə yardım göstərməsinə etiraz edir. Xanım Rays bildirib ki, Birləşmiş Ştatlar böhranı dərinləşdirmək istəmir, lakin Şimali Koreya bunu təhrikçilik kimi qəbul edəcək. Şimali Koreya BMT-nin sanksiyalarını ona qarşı müharibə elan edilməsi kimi qarşılayıb. Xanım Rays Şimali Koreyanın nüvə silahlarını başqa ölkərə və təşkilatlara verə bilməsindən narahatlığını bildirib. Dövlət Katibi Rays yaponiyalı həmkarı Aso ilə birlikdə sabah üç günlük səfərlə Cənubi Koreayaya gedəcək. ABŞ dövlət katibinin Çin və Rusiyaya səfəri gözlənilir.

XS
SM
MD
LG