Accessibility links

Macarıstan Sovetlərə qarşı üsyanın 50-ci ildönümünü qeyd edir


Macarıstan 1956-cı ildə 3 minə yaxın adamın öldürülməsi ilə müşaiyət olunan Sovet idarəçiliyinə qarşı üsyanın 50-ci ildönümünü qarşılamağa hazırlaşır. Rəsmi tədbirlər bu gün Budapeştdə yerləşən Macarıstan Dövlət Operasında konsertlə start götürür ki, burada Prezident Lazlı Solyomun iştirakı gözlənilir. Sabah keçiriləcək mərasimdə isə üsyan zamanı azadlıq uğrunda canlarından keçmiş insaların xatirəsinə yenicə inşa edilmiş Qəhrəman Meydanı açıqlanacaq. Törənlərdə Avropa Komissiyasının prezidenti Hoze Manuel Barroso, NATO Baş Katibi Yap de Hup Şeffer və başqa dünya liderləri iştirak edəcəklər. Usyan 1956-cı il, Oktyarbın 26-da tələbələrin siyasi azadlıqlar tələb etməsi ilə başladı. Sovet qoşunları Noyabrın əvvəlində üsyanı yatıraraq, 2800 adamı öldürdülər.
XS
SM
MD
LG