Accessibility links

İraqın Amara şəhərində komendant saatı elan edilib


İraq hökuməti ötən həftə Amara şəhərində təhlükəsizlik qüvvələri ilə şiə yaraqlıları arasında baş verən toqquşmalardan sonra şəhərdə komendant saatı elan edib.

Radikal şiə ruhanisi Moqtada Əl Sədrə sadiq Mehdi ordusunun yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında keçən cümə axşamı və cümə günü baş verən atışmalar nəticəsində 25 nəfər həlak olub, azı 90 nəfər bədən xəsarəti alıb.

Bu arada İraq sünniləri Ramazan ayının bitməsini təntənə ilə qeyd edirlər. Bir gün əvvəl insanların bayrama hazırlaşdığı vaxt bomba partlayışı nəticəsində 9 nəfər həlak olub. Bağdadın şimalında silahlı şəxslərin polisin maşın karvanını pusquya salmaları nəticəsində azı 15 nəfər ödürülüb.

Birləmiş Ştatlar rəsmiləri isə bildiriblər ki, dünən 5 amerika əsgəri həlak olub. Beləliklə bu ay həlak olan Amerika əsgərlərinin sayı 85-ə yüksəlib.

İraqın baş nazirinin müavini Bəhram Saleh Londonda baş nazir Toni Bleyerlə görüşdükdən sonra deyib ki, ölkəsinin təxminən yarısına İraq hərbi qüvvələri nəzarət edəcək.

XS
SM
MD
LG