Accessibility links

Zalmay Xəlilzad və general Keysi İraqda vəziyyəti sabitləşdirmək üçün səylərin artırılmasına çağırıblar


Amerika Birləşmiş Ştatlarının İraqdakı səfiri Zalmay Xəlilzad və ABŞ-ın İraqdakı baş komandanı general Corc Keysi ölkədə vəziyyəti sabitləşdirmək üçün səyləri iki dəfə artırmağa çağırıblar. General Corc Keysi deyib ki, İraqın hökumət qüvvələri 12-18 ay ərzində ölkənin təhlükəsizliyini özləri təmin edə bilərlər.

ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzadla birgə keçirilən mətbuat konfransında danışan general Keysi bildirib ki, Birləşmiş Ştatlar əsas diqqəti İraqda hərbi qüvvələrin sayının azaldılması məsələsinə yönəltməyə davam edəcək. Bununla belə, ABŞ generalı deyib ki, lazım gələrsə, o, əlavə hərbi qüvvə istəyəcək. O, İraqda əl-Qaidə adlanan yaraqlı qrupun İraq hərbi qüvvələri və müttəfiq qüvvlərin əməliyyatları nəticəsində gücsüz vəziyətə düşdüyünü, lakin hələ də müəyyən təhlükə yaratdığını bəyan edib.

ABŞ-ın İraqdakı səfiri Zalmay Xəlilzadın sözlərinə görə, İraq liderləri bu ilin sonuna qədər təhlükəsizliyin gücləndirilməsi və iqtisadi şəraitin yaxşlıaşdırılması kimi əsas məqsədləri həyata keçirmək üçün vaxtın müəyyən edilməsinə razılıq veriblər. Səfir Xəlilzad bildirib ki, bütün çətinliklərə baxmayaraq, İraqda tərəqqinin əldə olunması mümkündür. Həm ABŞ, həm İraq rəsmiləri yenidən İran və Suriyanı İraqda yaraqlılara dəstək verməkdə günahlandırıblar.

XS
SM
MD
LG