Accessibility links

Prezident Buş Ağ Evdə İraqda vəziyyətə dair mətbuat konfransı keçirib


Mətbuat konfransında danışan prezident Buş bəyan edib ki, əgər o, İraq müharibəsinin Amerikanın təhlükəsizliyi üçün əhəmyyət daşıdğını düşünməsəydi, o, Amerika əsgərlərini bu gün vətənə qaytarardı. Cənab Buş bu ay ABŞ ordusunun 93 əsgərinin və İraq təhlükəsizlik qüvvələrinin 300 üzvünün qətlə yetirildiyini deyərək, adamların oğurlanması və zorakı hücumların ciddi problem olaraq qaldığını etiraf edib. Oktyabr ABŞ hərbi qüvvələrinnin bu il ən böyük tələfata məruz qaldığı bir aydır. Bütün bunlara baxmayaraq, prezident Buş İraq lideri Səddam Hüseynin ələ keçirilməsi və İraqda azad seçkilərin ümidverici işarələr olduğunu deyib. O, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvlərinin düşməni məğlu etmək üçün İraqda qalmasının əhənmiyyətini bir daha dilə gətirdi. ABŞ prezidenti onu da bildirib ki, hərbi komandirlər ona müraciət etsələr, o, İraqa əlavə hərbi qüvvə göndərə bilər. Prezident Buşun bildirdiyi kimi,ABŞ hərbi qüvvələri İraq hökuməti özünü müdafiə edənə və terrorizmə qarşı mübarizədə müttəfiq ölkəyə çevrilənə qədər ABŞ hərbi qüvvələri ölkədən çıxamayacaq. O, İraq müharibəsinin nəticələrinin Birləşmiş Ştatların təhlükəsizliyinə mühüm təsiri olduğunu bildirmişdir.
İran və Suriya haqda sualı cavablandıran prezident Buş deyib ki, dünya İraq məsələsində bu ölkələrin kömək göstərəcyini gözləyir. Corc Buş İranı Livanda demokratiyanın bərqərar olmasına kömək etməyə çağırmış və demokratik inkişafa mane olmamaq üçün Suriyaya xəbərdarlıq etmişdir. Prezident Buşun İraqda vəziyyətə dair keçirdiyi mətbuat konfransı ABŞ-da Konqresə seçkilərinə iki həftə qaldığı vaxta təsadüf edir.

XS
SM
MD
LG