Accessibility links

İranda uranın zənginləşdirildiyi təsdiq edildi


İranın dövlət orqanı olan “İran” qəzetin yazdığına görə, ikinci sentrifuqa şəbəkəsinə qaz vurulması ilə uranın zənginləşdirilməsi proqramına başlandığı təsdiq edilib. İranın Atom Enerjisi Təşkilatının rəhbəri müavininə istinad edən qəzet yazır ki, zənginləşdirilmə prosesi iki həftə əvvəl başlayıb. Bildirldiyinə görə, BMT-nin nüvə müfəttişləri Natanz nüvə obyektində keçən həftə olublar. İranın yarı-rəsmi tələbə orqanı olan İSNA adını açıqlamadığı mənbəyə istinadən bildirir ki, İran uranın zənginləşdirilməsi qabiliyyətini iki dəfə artırıb. İSNA-nın məlumatına münasibət bildirən ABŞ prezidenti Corc Buş deyib ki, İranın nüvə silahı əldə etmək ideyası qəbuledilməzdir. Prezident dünya ictimaiyyətini səylərini artırmağa çağırıb.
XS
SM
MD
LG