Accessibility links

ABŞ və İraq liderləri qüvvələrin təlimlərinin sürətləndirilməsi barədə razılıq əldə ediblər


Prezident Buş və İraqın Baş Naziri Nuri Əl-Maliki İraqın təhlükəsizliyinin İraq qüvvələrinə verilməsi prosesinin sürətləndirilməsi məqsədi ilə hərbi qüvvələrin təlimlərinin sürətləndirilməsi barədə razılıq əldə ediblər. Ağ Ev bildirib ki, iki ölkə liderinin video konfrensı 50 dəqiqə davam edib. Ağ Ev baş nazir Əl-Maliki ilə münasibətlərdə gərginliyin mövcud olmadığını bildirib.

Bu arada baş nazir Nuri Əl-Malikinin yardımçıları deyirlər ki, dünən cənab Maliki Birləşmiş Ştatların İraqdakı səfiri Zalmay Xəlilzada onun Amerikanın İraqdakı adamı deyil, Vaşinqtonun dostu olduğunu bildirib.

Birləşmiş Ştatların İraqdakı hərbi rəsmilərinin bildirdiyinə görə, bu gün Amerika əsgərlərinin Bağdadın cənubundakı reydləri nəticəsində Əl-Qaidənin yüksək vəzifəli üzvü ələ keçirilib. Reyd İraqa əcnəbi döyüşçülərin gətirilməsinin məsuliyyətini daşıdığına inanılan yaraqlıların mövqeyinə edilib. Nəticədə terrorçu olduğundan şübhələnilən bir şəxs öldürülüb, 10 nəfər nəzarət altına alınıb. Rəsmilər həmçinin bildirirlər ki, Anbar vilayətində yaraqlılarla aparılan atışmalarda bir Amerika əsgəri həlak olub. Beləliklə bu ay İraqda həlak olan Amerika əsgərlərin sayı 98-ə yüksəlib. Amerika indiyə qədər İraqda bir ay ərzində bu qədər itkiyə məruz qalmamışdı.

XS
SM
MD
LG