Accessibility links

Fransa iğtişaşlarının ildönümündə Marseldə avtobus yandırılıb


Gənclərdən ibarət qrup Marseldə avtobus yandıraraq gənc sərnişini ağır yaraladıqdan sonra, Fransa hökumət orqanları cənubi liman şəhərinə polis qüvvələri göndəriblər. Prezident Jak Şirak bun günkü bəyanatında yanğını kəskin pisləyib. O, cavabdeh olan şəxslərin tutulması üçün əlindən gələni edəcəyini söyləyib. Rəsmilərin verdiyi xəbərə əsasən 3-4 nəfərə gənc Marseldə avtobusa daxil olaraq ora yandrıcı maddə tökmüş və sonradan avtobusa od vurmuşlar. Nəticədə 26 yaşlı bir qadın yanmış və hazırda o, respiratorda saxlanılır. Qeyd edək ki, ötən həftə Parisdə 3 həftə cərəyan edən kütləvi iğtişaşların ildönümü tamam oldu.
XS
SM
MD
LG