Accessibility links

İraqda qurbanların sayı durmadan artır


İraq rəsmiləri bildirirlər ki, ölkə miqyasında baş verən hücumların nəticəsində 50 nəfər həlak olub. Onların 30-ü Bağldad yaxınlığındakı, sakinlərinin çoxu şiə olan Sədr qəsəbəsində bomba partlayışı nəticəsində ölüb. Bomba partlayışı bir qrup şiə fəhlə iş tələbi ilə meydanda toplaşan vaxt baş verib.

Bu arada Birləşmiş Ştatlar prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Stephan Hadley hərbi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bağdada səfər edib. O, İraqın Baş Naziri və yüksək vəzifəli rəsmiləri ilə görüşüb. Onun bu səfəri hər gün İraqda həlak olan Amerika əsgərlərinin sayı yüzə qədər yüksəldiyi vaxta təsadüf edir.

XS
SM
MD
LG