Bağdadın Sədr bölgəsində bir həftə əvvəl yerləşdirilən təhlükəsizlik kordonu baş nazir Nuri Əl-Malikinin göstərişi ilə ləğv edilib. ABŞ və İraq qüvvələri şiələrin yaşadığı Sədr məhəlləsində yoxlanış məntəqlərini bir neçə saat ərzində təkr ediblər. Radikal ruhani Möqtəda Əl-Sədr blokadaya etiraz olaraq, bütün biznes və məktəblərin bağlanmsına göstəriş vermişdi. Yoxlanış məntəqələrinin digər bir məqsədi girov götürülmüş Amerika əsgərinin axtarışı idi. Bu gün Bağdadda maşına yerləşdirilmiş bomba partlayışı toy mərasimdə iştirak edən 15 adamın ölümü ilə nəticələnib. Onların 4-nün uşaq olduğu bildirilir.