Accessibility links

Qvatemala və Venesuela BMT-nin Təhlükəsizlik Şurasında yer uğrunda yarışlardan çəkilib


Qvatemala və Venesuela BMT-nin Təhlükəsizlik Şurasında yer uğrunda yarışlardan çəkilib, Panamanın namizədliyi ilə bağlı konsensusa yol açılması qərarına gəlib. Bu razılıqdan sonra Panama hökuməti dünyada sülh və ədalətin müdafiəsində əlindən gələni əsirgəməyəcəyinə vəd verib. Bu yarışlar Amerika Birləşmiş Ştatlarının qatı anti-amerikaçı prezidentə malik olan solçu Venesueladan Qvatemalaya üstünlük verməsi ilə siyasiləşdirilmişdi. Xatırladaq ki, BMT-nin Baş Assambleyasının sessiyasındakı çıxışı zamanı Venesuela prezdienti Huqo Çaves prezident Buşu “iblis” adlandırmışdı. BMT-nin Təhlükəszilik Şurasına aparıcı kompromis namizəd Dominikan Respublikası olduğu üçün Panamanın namizədliyi təəəcüb doğurmuşdu. 6 dəfə keçirilən səsvermədə Barbados, Ekvador, Uruqvay və Yamayka bir və ya iki səs toplaya bilmişdi. Mümkün alternativlər Çili, Boliviya və Paraqvay ola bilər.

XS
SM
MD
LG