İraq rəsmilərinin verdiyi məlumata əsasən Bağdadın Sədr qəsəbəsində baş verən bomba partlayışı nəticəsində 7 adam ölmüş, 45 nəfər yaralanmışdır. Bundan bir az öncə qiyamçılar Bağdad Universitetinin İqtisadiyyat və İdarəçilik Departamentinin dekanını, onun həyat yoldaşını və oğlunu qətlə yetiriblər. Silahlı şəxslər həmçinin əlil idmançıların iki məşqçisini girov götürüblər. Şəhərdə baş verən başqa hücumlar nəticəsində 3 polis zabiti həlak olub. Bu arada ABŞ hərbçiləri inandıqlarını bildiriblər ki, ötən həftə Bağdadda girov götürülmüş Amerika əsgəri hələ də qiyamçılar tərəfindən saxlanılır. General-mayor Vilyam Kaldvel Bağdadda müxbirlərə bildirib ki, 41 yaşlı Əhməd Ausaid Əl-Taayienin azad olunması üçün dialoq aparılır.