Accessibility links

Səddam Hüseynə ölüm hökmü elan edildi


İraq məhkəməsi bəşəriyyətə qarşı cinayətlərə görə keçmiş diktator Səddam Hüseyni asılmaqla ölüm cəzasına məhkum edib. Amerikanın Səsinin müxbiri Bencəmin Sənd ölüm hökmünün elan edilməsindən sonra İraq xalqının bir hissəsinin şənləndiyini, digərlərinin isə hökmə qarşı etiraz etdiklərini xəbər verir.

Baş hakimin son hökmü elan etməsindən sonra Səddam Hüseyn əsəbi halda “Allahu Əkbər” və “Yaşasın İraq” ifadələrini bağırdı. Qeyd edək ki, İraqın Ali Hərbi Məhkəməsi Səddam Hüseyni 1982-ci ildə Bağdadın şimalındakı Dujail kəndində 148 nəfər şiənin qətlə yetirilməsinə əmr verməkdə günahlandırırdı. Məhkəmə otağından çıxarılandan sonra Səddam Hüseyn hakimi satqın adlandırdı və işğalçı adlandırdığı koalisiya qüvvələrini pislədi.

Səddam Hüseynlə birlikdə mühakim olunan sabiq diktatorun ögey qardaşı Barzan İbrahim əl Tikriti və İnqilab Məhkəməsinin keçmiş baş hakimi Avad Həmid əl Bəndər də ölüm cəzasına məhkum ediliblər. Keçmiş vitse prezident Taha Yasin Ramadan ömürlük həbs cəzasına, ittihamçılardan üç nəfərin hər biri isə 15 il həbs cəzasına məhkum edilmişlər.

Bu gün ölum hökmünün elan edilməsindən sonra bəziləri bu xəbəri sevinclə qarşılamış və paytaxtda çoxlu sayda güllə atəşi eşidilmişdir. Şiələrin çoxluq təşkil etdiyi Sədr şəhərində isə insanlar küçələrdə rəqs etmişlər. Xəbərlərdə eləcə də bildirilir ki, Bağdadın sünni məhəllələrində etiraz aksiyaları keçirilməsinə cəhd göstərilmiş, Səddam Hüseynin anadan olduğu Tikritdə minlərlə insan komendant saatına məhəl qoymadan etiraz aksiyaları keçirmişlər.

Bir çox Şiə liderləri məhkəmənin qərarını artıq alqışlayıblar. ABŞ-ın Bağdaddakı səfiri də həmçinin məhkəmə hökmünü İraq tarixində mühüm mərhələ adlandırıb.

Müttəhimlərin 30 gün ərzində appelaysiya məhkəməsinə müraciət etmək hüququ var. Lakin appelayasiyanın nə qədər vaxt aparacağına müddət limiti yoxdur.

XS
SM
MD
LG