Accessibility links

Respublikaçılar və Demokratlar Konqres seçkilərinə hazırlaşır


Amerikanın Respublikaçılar və Demokrat partiyaları sabah keçiriləcək Konqres seçkilərində seçici fəallığını təmin etmək istiqamətində iş aparır. Ölkədə iki aparıcı siyasi partiya Konqresə seçkilərin nəticələrinə təsir göstərərək ən mühüm ştatlara öz nümayəndələrini göndəriblər. Bazar günü açıqlanmış rəy sorğularının nəticələrinə görə, Demokratlar bir qədər üstünlüyə malikdirlər və Konqresin Nümyəndələr Palatasına nəzarəti ələ almaq üçün kifayət qədər səs yığa bilərlər. Lakin rəy sorğuları həmçinin göstərir ki, son iki həftə Respublikaçılar partiyasının bazası güclənib. Demokratlar 100 yerlik Senata nəzarəti ələ almaq üçün 6 səs qazanmalıdır. Rəy sorğularına əsasən Virciniya, Missuri, Montana və Rod Ayland ştatları daxil olmaqla, Senata seçilən namizədlər arasında fərq olduqca azdır. Rəy sorğuları onu da göstərir ki, İraq müharibəsi seçiciləri narahat edən əsas məsələlərdəndir. Demokratlar deyirlər ki, onlar eçkilərdə qələbə çalsalar, bu, İraq strategiyasının dəyişməsi demək olacaq.

Prezident Buş mənsub olduğu Respublikaçılar partiyasının xeyrinə kampaniyanı bu gün Floridaya qısa müddətli səfərdən sonra Arkanzas və Texas ştatlarında davam etdirəcək. Prezident Buş bazar günü Nebraska ştatında tərəfdarları qarşısında çıxış edən zaman bir daha Səddam Hüseyni hakimyyətdən devirmək qərarını müdaifə edib.

Xatırladırıq ki, Nümayəndələr Palatasına iki ildən bir keçirilir və konqresmenlər iki illik müddətə seçilir. 6 il müddətinə seçilən senatorların üçdə bir hissəsi hər iki ildən bir Konqres seçkilərinə qatılır.

XS
SM
MD
LG