Accessibility links

Türkiyə Bülənd Ecevitlə vidalaşır


Türkiyə rəhbərliyi bazar günü 81 yaşında həyatını dəyişən Bülənd Ecevitin xatirəısini yad edirlər. Bülənd Ecevit iflicdən sonra 6 aya yaxın koma vəziyyətində idi.

Ecevit son yarım əsrdə Türk siyasətinin mərkəzi fiqurlarından biri olub. O, şəxsi keyfiyyəti və vicdanlı siyasətçi kimi tanlındığı üçün ölkə tərəfindən hər zaman rəğbətlə qarşılanmışdı.

Bülənd Eceviti 2002-ci ildə baş nazir postunda əvəzləyən Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin siyasi isteblişmenti özünün ən önəmli şəxsiyyətlərindən birini itirib.

Türkiyənin prezidenti Əhməd Necdət Sezər Ecevitin etik siyasi davranışını və Türkiyədə dünyəvi prinsipləri qorumaq istiqamətində göstərdiyi səyləri xüsusi qeyd edib.

Noyabrın 6-da sıravi Türklər və məşhur siyasətçilər Ecevitin dünyasını dəyişdiyi Hərbi hospitalın qarşısında toplaşaraq, xatirə kitrabında ürək sözlərini yazmaq üçün növbəyə düzülüblər.

XS
SM
MD
LG