İnsanlığa qarşı cinayətlərə görə ölüm cəzasına məhkum edilmiş İraqın sabiq lideri Səddam Hüseyn bu gün iraqlıları birliyə çağırıb. Səddam Hüsyen hazırda digət itihamlarla əlaqədar yenidən məhkəmə qarşısına çıxarılıb.
Soyqırım ittihamları ilə yenidən məhkəmə zalına qayıdan Səddam bütün iraqlıları, ərəblər və kürdləri bir-birini bağışlamağa və birləşməyə səsləyib.
Prokurorlar Səddamı və onunla bərabər 6 nəfəri 1988-ci ildə İraqın şimalında Ənfal kampaniyası zamanı 180 min kürdü qətlə yetirməkdə ittiham edir.
Bir kürd şahidin məhkəmədə verdiyi ifadələrə görə, Səddam hökumətinin hərbi qüvvələri əvf vədi verdikdən sonra onun dostları və qohumlarını qətlə yetirmişlər. Başqa bir şahidsə ifadə verməklə yanaşı, onun yaşadığı kəndin yaxınlığında tapılmış kütləvi məzarın çəkildiyi videonu məhkəməyə təqdim edib.
Bazar günü İraqın Ali Tribunalı Səddamı 1982-ci ildə Düceyl kəndində 148 şiənin qətlinə əmr verdiyinə görə asılmaqla ölüm cəzasına məhkum etmişdir. Ölüm cəzası dərhal apellasiya oluna bilər. Bunun bir neçə gündən sonra baş verəcəyi gözlənilir.