Accessibility links

Pakistandakı intihar hücumu onlarla əsgərin ölümünə səbəb olub


Pakistanın hərbi rəsmiləri ölkənin şimal-şərqində intihar hücumunun azı 42 əsgərin ölümünə səbəb olduğunu bildirilər. Ölümlə nəticələnən bomba hücumu Pakistan əsgərlərinin Darqai təlim mərkəzində baş vermişdir.

Federal Daxili işlər naziri Aftab Şerpao çox insanın yaralandığını və bunun terror hücumu olduğunu deyib. Nazir deyib ki, bədəninə bomba bağlamış naməlum bir şəxs təlim mərkəzinə daxil olaraq, bombanı işə salmışdır. Qeyd edək ki, hadisənin baş verdiyi Pakistanın şimal-şərq regionu qonşu Əfqanıstandakı Taliban ekstremistləri fərəfindən dəstəklənən İslam yaraqlılarının əlindədir.

Bir həftə bundan əvvəl də Pakistan hərbi qüvvələri oradakı İslam məktəbini dağıdaraq, yaraqlı olduqlıarından şübhələnilən 80 nəfəri qətlə yetirmişdi. Rəsmilərin bildirdiyinə görə, yaraqlı qrupa məxsus olan həmin məktəbdə terroristlərə təlim keçirilirdi. Lakin həmin qrup bu iddihamı rədd edərək bildirmişdir ki, hərbiçilər məktəbdə məktəbliləri və müəllimləri qətlə yetirmişlər.

Fəaliyyəti qadağan edilmiş bəzi İslam təşkilatlarının liderləri isə açıq şəkildə Pakistan hərbiçilərinə qarşı hücumlar edəcəklərinə and içmişlər. Rəsmilərin bildirdiyinə görə, Əfqanıstanla sərhəddə Taliban yaraqlılarına qarşı mübarizədə artıq 700-ə yaxın Pakistan hərbibiçisi və yüzlərlə yaraqlı qətlə yetirilib.

XS
SM
MD
LG