Accessibility links

Rusiya Ümumdünya Ticarət Təşkilatına üzv olacaq


ABŞ və Rusiya rəsmiləri Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə yol açacaq sazişlə ilə bağlı razılığa gəliblər. Tərəflər razılığın bu gün Moskva görüşü zamanı əldə edildiyini bildiriblər. Razılıq gələn həftə APEK ölkələrinin sammiti keçiriləcək Hanoyda sənədin imzalanmasına yol açır. İllərdir Ümumdünya Ticarət Təşkilatına üzlük əldə etməyə çalışan və dünya iqtisadiyyatında aparıcı rol oynayan Rusiya böyük iqtisadi qüvvə kimi təşkilata üzv olmayan yeganə ölkədir. Rusiya Ümumdünya Ticarət Təşkilatına üzlüyü üçün Amerika Birləşmiş Ştatrının da razılığını əldə etməli idi.

XS
SM
MD
LG