Serbiya prezidenti Boris Tadiç ölkənin yeni konstitusiyasının təsdiqindən sonra erkən parlament seçkilərinin tarixini açıqlayıb. Siyasi liderlərin razılığı ilə əldə edilən bu tarix yanvar ayının 21-dir. Konstitusiya keçən ay təşkil edilən referendumdan sonra rəsmən dünən təsdiq edilmişdi. Sənəddə Kosovo Serbiyanın ayrılmaz tərkib hissəsi elan edilib. Belqrad rəsmiləri və Kosovo nümayəndələri BMT-nin vasitəçiliyi ilə keçirilən danışıqlarda fəal iştirak etsələr də, danışıqlarda cüzi inkişaf əldə edilib. Kosovo albanları tam müstəqillik tələb edir.