"Vaşingtondan baxış" rublikasında Amerika Birləşmiş Ştatların siyasətinin izahını diqqətinizə təqdim edirik:
İranın teokratik quruluşunda İran hökumətinin dissidentlərin səsini boğma kampaniyası hətta ruhanilərə də şamil olunur. Bunun ən məşhur nümunəsi ayətullah Hüseyn Əli Müntəzirinin işidir. O, vaxtilə İranın Ali dini lideri ayətullah Ruhullah Xomeneinin xələfi sayılırdı.
Ayətullah Müntəziri İranda insan hüquqlarının acınacaqlı vəziyyətinə etiraz etdiyinə görə 5 il ev dustağı cəzasına məhkum edilmişdi. 2003-cü ildə onu, səhhətinin pis olduğuna görə azad etmişıdilər.
Oktyabrda təhlükəsizlik qüvvələri dinin siyasətdən ayrılmasını tələb edən şiə ruhanisi ayətullah Hüseyn Kazemeyni Burucərdini həbs etdilər. Onun həbsi təhlükəsizlik qüvvələrilə ayatullah Borucerdinin həbsinə mane olmaq üçün onun evini əhatəyə alan yüzlərlə tərəfdarı arasında toqquşmalardan sonra baş verdi. Təhlükəsizlik qüvvələri ayatullahın bir çox tərəfdarını da həbs etmişdi.
Ayətuilah Burucərdi həbsdən öncə adamların dinin siyasiləşdirilməsindən təngə gəldiyinə və ənənəvi dinə qayıtmaq istədiyinə inandığını demişdi. O, həmçinin Roma Papası 16-cı Benedikt, BMT-nin Baş Katibi Kofi Ənnan və Avropa Birliyinin Xarici münasibətlər üzrə başçısı Havier Solanaya İran hökumətinin təzyiqləri barədə şikayət məktubu yazmışdı.
İran hökumətinin represiyalarına məruz qalan şiə ruhanilərindən biri də hücəttülislam Əzimi Qədimdir. İran Azərbaycanlılarının hüquqları uğrunda mübarizənin fəalı Əzimi Qədim, yanvar ayında Təbrizdə xüsusi Ruhani məhkəməsində mühakimə edilmişdi. O, sistemə qarşı olan qruplar və təşkilatların leyhinə təbliğat aparmaq ittihamı ilə bir il həbs, 5 il İran Azərbaycanından sürgün cəzasına məhkum olunmuşdu. Ona həmçinin “ruhaniləri nüfuzdan saldığı” iddiası ilə 10 il də ruhani paltar geyməyi qadağan ediblər.
Avqust ayında Hücəttülislam Əzimi Qədimi İran Azərbaycanlılarının hüquqlarının tapdalandığı barədə danışmaması şərtilə həbsdən azad ediblər. Lakin hüccətülislamın Amerikanın səsinə dediyi kimi, bu şərt onun dini görüşləri ilə ziddiyyət təşkil edir.
Prezident Buş İranı kiçik ruhani elitasının girovu olan xalq adlandırıb. Ruhani rejimin Ayətullah Müntəziri, Ayətullah Burucərdi və hücəttülislam ƏzimiQədimlə rəftarından məlum olur ki, rejimin girovları arasında İran ruhaniləri də var.
Bu, ABŞ siyasətinin izahını təqdim edən "Vaşingtondan baxış" rublikası idi
Məqaləni audio-formatda dinləyin