Accessibility links

Fələstin: Həmas və Fətah İsmayil Haniyəyə istefa təklif edib


5 aydır dalana dirənmiş səylərdən sonra Fələstinin iki əsas siyasi fraksiyası milli birlik hökumətinin qurulması üçün danışıqlara yenidən başlayıb.

Qəzzada president Mahmud Abbasın Fətah və baş nazir İsmayil Haniyənin Həmas hərəkatı diqqəti koalisiya hökumətində vəzifə bölgüsü məsələsində cəmləşdiriblər.

Hər iki qrupdan olan rəsmilər danışıqlarda tərəqqinin olduğunu təsdiqləyiblər. Baş nazir Haniyəyə razılıqın əldə olunması naminə istefa vermək təklif edilib.

Fətah və Həmas əldə olunacaq razılaşmanın danışıqların dalana dirənməsindən sonra yardımı kəsən beynəlxalq donorların narazılığına son qoyacağına ümid edirlər.

XS
SM
MD
LG