Accessibility links

Toni Bleyr İraq Araşdırma Qrupu ilə video-konfrans keçirib


Böyük Britaniyanın baş naziri Toni Bleyr ABŞ Konqresinin təsis etdiyi İraq Araşdırma Qrupu ilə video-müzakirə keçirib. Baş nazirin ofisi İraq strategiyasının nəzərdən keçirilməsi ilə məşğul olan bu qrupla hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verməyib. Qrupun həmsədrləri, ABŞ-ın keçmiş dövlət katibi, respublikaçı Ceyms Beyker və keçmiş konqresmen, demokrat Li Hamiltondur. Dünən ABŞ prezidenti Corc Buş Ağ Evdə İraqla bağlı araşdırma qrupunun üzvləri ilə görüş keçirmişdi.

XS
SM
MD
LG