Accessibility links

Bağdadda 100-dən artıq adam girov götürülüb


Bağdadın elmi-tədqiqat institutuna basqın edən polis kommandosu forması qeymiş yaraqlılar 100-dən artıq adamı qirov qötürmüşlər. Rəsmilər bildirirlər ki, bir müddət sonra 3 nəfər azad edilib. Polis və şahidlərin veridiyi məlumata görə, yaxşı təşkil olunmuş basqın zamanı 80 nəfərə yaxın yaraqlı Təhsil Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun ətrafındakı küçələri bağlamışdı. Nazirliyin nümayəndəsi Əbdül Kərim Xələf bildirib ki, hadisənin baş verdiyi Kərrada ərazisinin polis idarəsinin rəisi və onun həmkarları həbs ediliblər. Son hadisə İraqda yol verilən zorakılıqlardan fərqlənir. Belə ki, qirov qötürülənlər arasında həm sünni, həm də şiə müsəlmanlar var. Polisin verdiyi məlumata görə, basqın 20 dəqiqə ərzində həyata keçirilib. Xatırladaq ki, 2003-cü il İraq müharibəsinin başlanğıcından etibarən 155 nəfər təhsil işçisi qətlə yetirilib.

XS
SM
MD
LG