Gürcüstandan ayrılmaq istəyən regionların liderləri prezident Mixail Saakaşvilini münaqiənin həlli məqsədi ilə hərbi əmliyyatlara əl atmamağa çağırıb. İnterfaks xəbər agentliyi Cənubi Osetiyanın prezidenti Eduard Kokoitiyə istinad edərək bildirib ki, Saakaşvili qüvvələrdən istifadə etməyəcəyinə vəd verdiyi təqdirdə, o, danışıqlara hazırdır. Kokoiti bunları abxaziyalı həmkarı Sergey Baqapşla Moskvada təşkil etdiyi birgə mərbuat konfransında bildirib. Qeyd edək ki, Gürcüstan hökuməti 1990-cı illərdən nəzarətini itirdiyi bu iki muxtar bölgədə səlahiyyəti bərpa edəcəyinə and içib.