Accessibility links

Prezident Buş APEK sammitindən öncə Vyetnam rəsmilərilə görüşüb


Vyetnama səfərinin ilk günü ABŞ prezident ölkə rəhbərləri ilə görüşlər zamanı iqtisadi islahatlar və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması yollarını müzakirə edib. Cənab Buş Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlıq təşkilatının Hanoyda keçiriləcək 2 günlük zirvə toplantısında iştirak edəcək. Prezident Buş Vyetnam prezidenti Nguyen Min Triet və digər rəsmilə ilə görüşmüşdür. Ağ Evin nümayəndəsi müxbirlərə bildirib ki, prezident Buş iki ölkə arasında əlaqələrin inkişafı barədə Kongresin qanun layihəsinin qəbul edilməsinə səy göstərəcəyini bəyan edib. ABŞ Kongresi bu məsələyə aid layihəni bu həftə müzakirə etdikdən sonra qəbul etməmişdir.
XS
SM
MD
LG