Accessibility links

İraqda əsir götürülən qərblilərdən ikisi azad olunub


Amerika və Böyük Britaniya qoşunları cümə axşamı beş əcnəbinin oğurlandığı Cənubi İraqda reydlər keçiriblər. İraq rəsmilərinin sözlərinə görə, reydlər cümə günü Bəsrə şəhərindən 60 kilometr cənubda yerləşən Səfvanda həyata keçirilib.

Müqavilə ilə işləyən bir Avstriyalı və dörd amerikalı təhlükəsizlik xidməti işçisi cümə axşamı Bəsrə yaxınlığında oğurlanıb. Hindistan, Pakistan və Filippindən olan digər 9 nəfər qaçırılsa da, dərhal azad ediliblər. Daha iki qərbli kontraktor bu gün azad edilib. Azad olunanların hansı ölkənin vətəndaşı olduğu bildirilmir.

Bir Amerikalı əsgər isə Bağdadın şimalında Diyalə əyalətində keçən əməliyyat zamanı qətlə yetirilib.

Bu arada, haqqında həbs xəbərdarlığı verilən aparıcı sünni ruhani İraq hökumətinin bu qərarını qeyri-qanuni adlandırıb. Əmmandan müsahibə verən Həris əl Dari İraqa zamanı yetişəndə qayıdacağını deyib.

XS
SM
MD
LG