Dünya ümumdaxili məhsulunun, demək olar ki, yarısını istehsal edən Asiya və Sakit okean hövzəsinin 21 ölkəsinin liderləri dünya ticarət danışıqlarının irəliləməsi üçün və terrorun bütün formalarına qarşı mübarizədə əllərindən gələni edəcəkləri barədə razılığa gəliblər.
Hanoyda başa çatan zirvə görüşünün yekun bəyannaməsində Dünya Ticarət Təşkilatı ilə bağlı danışıqların Doha raundunun uğursuzluqla nəticələnməsinin dünya iqtisadiyyatına böyük zərbə vura biləcəyi qeyd edilir. Elə bu gün Rusiya və ABŞ azad ticarət əməkdaşlığı baədə müqavilə imzalayıb.
Sammitin yekununda Vyetnam Prezidenti Nquyen Minh Triet isə Şimali Koreyanın nüvə proqramını pisləyən ayrıca bir bəyanatı səsləndirib.