Accessibility links

Böyük Britaniyanın baş naziri Əfqanıstandadır


Baş nazir Toni Bleir Əfqanıstanın qlobal miqyasda terrorizmlə mübarizənin əsasa cəbhəsi olduğunu bildirib. O, 2002-ci ildən bəri Əfqanıstana etdiyi ilk səfəri zamanı ölkəsi və NATO-nun hərbi qüvvələrinin Əfqanıstanın yenidənqurması nə qədər tələb edərsə, o qədər orada qalacağını bildirib.

Böyük Britaniyanın baş naziri Toni Bleir Əfqanıstana səfəri 2001-ci il, Taleban rejiminin devrilməsindən sonra ən çox qan axıdılan bir vaxta təsadüf edir. O, Əfqanıstanın cənubundakı Bastion düşərgəsində yerləşən ölkəsinin əsgər və zabitlərilə görüşü zamanı deyib ki, onlar təkcə Əfqanıstanın təhlükəsizliyinin qorulması üçün deyil, dünyanın təhlükəsizliyini təmin etmək uğrunda mübarizə aprırır.

Britaniyanın 6 000-ə yaxın əsgəri NATO-nun 30 minlik hərbi qüvvələri tərkibində xidmət göstərir. Son 12 ay ərzində Taliban döyüşçülərinin ölkənin bir sıra bölgələrində hərbi əməliyyatlarını genişləndirməsi nəticəsində 38 Britaniya əsgəri daxil olmaqla, 3 000-dən artıq adam həlak olub.

NATO-nun hərbi qüvvələri ölkənin təhlükləsizliyini təmin etmək üçün təzyiqləri artırdıqca, zorakılıqlar da güclü şəkildə artıb. Prezident Həmid Karzaya verilən dəstək isə azalıb.

Baş nazir Bleir Kabildə prezident Karzay ilə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransada Əfqanıstanın qısmən tərəqqi əldə etdiyini bildirib. Prezident Karzay ölkədə iqtisadi inkişafı xüsusi vurğulayaraq, təhsil və səhiyyə sahələrinin qaydaya salındığını bildirib. Lakin o, Əfqanıstanda xaşxaş və heroin istehsalının hələ də ciddi problem kimi qaldığını deyib. BMT-nin hesabatına əsasən dünyada istehsal edilən tiryək və heroinin 90 faizi Əfqanıstanın payına düşür.

XS
SM
MD
LG