Accessibility links

Human Rights Watch: Səddam Hüseynə çıxarılan hökm həyata keçirilə bilməz


Qərargahı Nyu Yorkda yerləşən Human Rights VVatch - İnsan Hüquqları Qrupu bu gün açıqladığı hesabatında bildirib ki, İraqın keçmiş prezidenti Səddam Hüseynin məhkəməsi ədalətli aparılmadığı üçün ölüm hökmü həyata keçirilə bilməz. Hesabatda bildirilir ki, məhkəmənin gedişi zamanı buraxılan səhvlər narahatlıq doğurur.

Digər tənqidlərlə yanaşı, Human Rights VVatch-un hesabatında məhkəmənin vəkillərə lazımi sənədləri təqdim etmədiyini, sənədləşdirmənin yaxşı aparılmadığını və məhkəmənin gedişi ilə əlaqədar yazıların olmadığını bildirib. Hesabatda eləcə də sənədlərdə 29 nəfər şahidin adının olmasına baxmayaraq, onların ifadə vermədiyi deyilir.

İnsan Hüquqları Qrupu baş hakimi tənqid etmiş, digər hakimlərin isə İraq hökumətinin daimi təzyiqləri altında olduğunu bildirmişdir.

XS
SM
MD
LG