Accessibility links

Suriya və İraq diplomatik əlaqələri bərpa ediblər


Suriya və İraq 25 illik fasilədən sonra diplomatik əlaqələri bərpa ediblər. İraq rəsmilərinin sözlərinə görə, münasibətlər Suriyanın xarici işlər naziri Valid Müəllimin Bağdada səfəri əsnasında yoluna qoyulub.

İraqın xarici işlər naziri Xoşiyar Zebarinin sözlərinə görə, iki ölkə təhlükəsizliyi artırmağın və xarici yaraqlıların Suriya vasitəsilə İraqa daxil olmasının qarşısını almağın yollarını müzakirə edib.

Vaşinqtonda ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Qordon Condrou Suriyanı İraqla sərhəddə təhlükəsizlik məsələsinə təəhhüdünü nümayiş etdirməyə çağırıb.

Bu arada İraq rəsmiləri president Cəlal Tələbaninin şənbə günü İran prezidenti Mahmud Əhmədinejadla görüşmək üçün Tehrana səfər edəcəyini bildirib. İraqın xarici işlər naziri Zəbari CNN televiziyasına müsahibəsində danışıqların İraqda təhlükəsizliyi artırmaq məsələsinə həsr olunacağını deyib. O, Suriya prezidenti Bəşər Əsadın da danışıqlara qatılacağı barədə xəbərləri təkzib edib.

Bu arada Bağdadda Sədr qəsəbəsində keçirilən reyd zamanı ABŞ və İraq əsgərləri tərəfindən 3 nəfərin öldürüldüyü bildirilir.

XS
SM
MD
LG