Accessibility links

Dövlət Departamenti Azərbaycanda söz azadlığı barədə açıqlama verib


Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsünün müavini Tom Keysi Departamentin Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı narahat olduğunu bildirib.

Amerikanın səsinin Azərbaycanda söz azadlığına təzyiqlərlə bağlı sualına cavab verən Tom Keysi deyib: "biz Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə mətbuat azadlığının vəziyyəti ilə bağlı narahatlığımızı dəfələrlə, o cümlədən İnsan Haqları barədə illik hesabatımızda ifadə etmişik. Biz bütün ölkələrdə jurnalistlərin heç bir təqib və təzyiqə məruz qalmadan öz vəzifələini azad yerinə yetirməsinə şərait yaradılmasını istəyirik".

XS
SM
MD
LG