Accessibility links

Amerika Şükran bayramına hazırlaşır


ABŞ prezidenti Corc Buş Şükran bayramının rituallarından biri olan hind quşlarının əfvi mərasimini keçirib. Ağ Evin Qızılgül bağçasında təşkil edilən mərasimdə Flayer və Frayer adlanan iki quşa o, öz prezident əvfini verib. Hind quşları əfvdən sonra Kaliforniyada yerləşən Disneylendə göndərilib. ABŞ prezidenti deyib ki, Şükran bayramı günü amerikalılar hər bir kəsə kifayət edən bol məhsullarına görə minnətdarlıqlarını bildirirlər. Corc Buş hərbi xidmətdə olan amerikalılara öz təhlükəsizliyi və rahatlıqları deyil, ölkənin müdafiəsinə üstünlük verdiklərinə görə təşəkkürünü bildirib.

XS
SM
MD
LG