Accessibility links

İraq: Şiə millət vəkilləri hökumətə ultimatum verib


İraq parlamentinin Şiə üzvləri baş nazir Nuri Əl Malikinin gələn həftə İordaniyada president Buşla görüşəcəyi təqdirdə şiə lideri Muqtəda əl Sədrin tərəfdarlarının milli birlik hökumətini tərk edəcəyini bildiriblər.

Bu gün qrup adından bəyanat verən millət vəkili Qusay Əbdül Vəhab İraqda vəziyyətin yaxşılaşmayacağı təqdirdə də qrupun eyni addımı atacağını deyib. Əl sədrin tərəfdarları kabinetdə 6 nazir portfelinə və 275 nəfərlik parlamentdə 30 yerə malikdirlər.

XS
SM
MD
LG