Accessibility links

İran İraqda vəziyyətin sabitləşməsinə yardımını təklif edir


İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, ABŞ hərbi qüvvələri İraqı tərk etsə, ölkəsi, onun sözlərilə İraqdakı çıxılmaz vəziyyəti qaydaya salmaq üçün Birləşmiş Ştatlara yardım edə bilər. Cənab Əhmədinejad deyib ki, Birləşmiş Ştatlar və Britaniya İraqda dalana dirəniblər və bu vəziyyətdən çıxmaq üçün onların yardıma ehtiyacı var. O həmçinin deyib ki, Birləşmiş Ştatlar və Britaniya hərbi qüvvələrini İraqdan çıxarmalı və İrana hədə-qorxulara son qoymalıdırlar. Mahmud Əhmədinejad bu bəyanatı İraq prezidenti Cəlal Talabani ilə Tehran görüşüdən bir gün əvvəl verib.
XS
SM
MD
LG