Avropanın ali təhlükəsizlik təşkilatı müstəqil xəbər mediasına qoyulan məhdudiyyətlərlə bağlı Azərbaycan hökumətinə öz narahatlığını izhar edib. Azərbaycan hökumətinin ANS telestansiyasını və ən böyük müxalifət qəzetlərindən olan “Azadlıq” qəzetini bağlamasından sonra ATƏT Azərbaycan prezidenti İlham Əliyeva məktub ünvanlayıb. Təşkilatın media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti ANS-in susdurulmasını Azərbaycan auditoriyası üçün ciddi itki adlandıraraq bunu inzibati səlahiyyətdən açıq şəkildə sui-istifadə kimi qiymətləndirib. Onun dediyinə görə, bu addımlar media plüralizmini və söz azadlığını boğmağa yönəlib. Cümə günü Azərbaycan hökuməti ANS-i efirdən məhrum edərək, telestansiyanın lisenziyasının etibarlı olmadığını bildirib. Eyni qaydada polis “Azadlıq” qəzetini hökumətə bir neçə min dollar kirayə pulu borclu olmaqda ittiham edərək bağlamışdır.